Akif Çovdarovun oğlu da Tağı Əhmədovun mülklərindən danışdı

"Tağı müəllim bir qırağa, onun hamı haqqında məlumatı ola bilər"

Hazırda məhkəməsi gedən MTN generalı Akif Çovdarovun Bakı Metropoliteninin eks rəhbəri Tağı Əhmədovun mülkləri barədə verdiyi açıqlama və siyahı gündəmin əsas mövzularındandır.

"AzPolitika.info" xəbər verir ki, A.Çovdarovun oğlu Ruslan Çovdarov musavat.com-a açıqlamasında atasının bu sensasion çıxışı barədə sualları cavablandırdı. Dedi ki, atasını heç kim belə bir çıxış etməyə vadar etməyib: "Nə vadar eləyəsidi ki? Həqiqətləri danışmaq üçün kiminsə, nəyinsə onu vadar etməyinə ehtiyac yoxdur".

R.Çovdarov həmçinin dedi ki, atasının bu siyahını açıqlaması tamamən məntiqli addımdır: "Gəlib iftira atan birisi bilməlidi ki, onu barəsində həqiqətlər ortaya çıxa bilər, məncə. İkincisi də bu adamlar uzun müddət xüsusi xidmət orqanlarında çalışıblar. Tağı müəllim bir qırağa,hamı haqqında məlumatları ola bilər. Məncə bu, normal bir şeydir. Çünki işləri bu olub".

R.Çovdarov eyni zamanda T.Əhmədov və onun həyat yoldaşının bu siyahını inkar etməsinə də münasibət bildirdi: "Yox, deyəcəkdi ki, doğrudur? O sualı ona verən jurnalist nə düşünürdü? Mənə maraqlıdır".

Müsahibimiz sonda atasının məlum çıxışından sonra hər hansı təhdid almadığını,narahatçılıq keçirmədiyini vurğuladı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar