Fransa Əliyev-Sarkisyan görüşünü təşkil etməyə hazırdır

ilham putin sarkisyanFransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilinə həmişə hazırdır.

APA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.

"Cənab Emmanuel Makron iki aydır öz vəzifəsinin icrasına başlayıb. O, 28 may Respublika günü münasibəti ilə ünvanlandığı məktubda bildirib ki, münaqişənin siyasi, danışıqlar yolu ilə ədalətli, davamlı həllinə tərəfdardır. Təbii ki, Fransa hər zaman belə bir görüşlərin təşkilinə hazırdır”, deyə səfir bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar