AZAL-ın təyyarəsi Moskvada məcburi eniş edib

azal"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakıdan Sankt-Peterburqa uçan təyyarəsi Moskvanın "Domodedovo" aeroportunda məcburi eniş edib.

Virtualaz.org-un məlumatına görə, bu barədə aviaşirkətdən bildiriblər.

Peterburqun "Pulkovo" aeroportundakı xüsusi tədbirlə əlaqədar olaraq təyyarə Moskvaya yönəldilib və orada uğurlu eniş edib. Təyyarənin göyərtəsində 163 sərnişin və 7 ekipaj üzvü olub.

Xatırladaq ki, “Airbus A320” təyyarəsi Bakıdan səhər saat yeddidə uçub və 10:10-da "Pulkovo”da yerə enməli idi. Moskvadan Sankt-Peterburqa uçuş müvafiq icazənin alınmasından sonra olacaq.

Öz növbəsində Sankt-Peterburqdan Bakıya əvvəlcə saat 22:50-yə nəzərdə tutulmuş əks-reys də yubanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar