BENZİNİN QİYMƏTİ YENİDƏN ARTIRILDI! - Tarif Şurasının qərarı açıqlandı

Tarif Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Tarif Şurasının Katibliyindən verilən məlumata görə, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, Aİ-92 markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif (qiymət) Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minir.

Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

*****

Azərbaycanda benzinin qiyməti yenidən qaldırılır.

Virtualaz.org-un məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, 92 markalı benzinin bir litri 90 qəpiyə olacaq.

Gözlənildiyinə görə, qiymətlərin artması haqda rəsmi məlumat gecə yarısından sonra elan olunacaq. Benzinin qiymətinin artmasının səbəbləri göstərilmir.

Qeyd edək ki, bu informasiya sosial şəbəkələrdə və Bakı şəhərinin küçələrində ajiotaj doğurub. Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, yanacaqdoldurma stansiyalarında böyük növbələri müşahidə olunur.

Onu da qeyd edək ki, hazırda AI 92 markalı benzinin qiyməti 0,7 manat təşkil edir. Yeri gəlmişkən, bundan əvvəl benzinin qiymətinin artması 2017-ci ilin yanvarında olub və benzinin idxal olunan markasına tətbiq edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar