Ərdoğan Körfəz ölkələrinə səfərə gedir

Dərc olunub: 14/07/2017 - 23:33

recep_erdogan_100317Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğan Qətər böhranının müzakirəsi məqsədilə Körfəz ölkələrinə səfər edəcək.Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Çavuşoğlu qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ilə görüşdən sonra mətbuat konfransında bildirib ki, Türkiyənin Qətərdəki hərbi bazasının ləğv edilməsi gündəmdə deyil: “Bu baza iki müstəqil ölkənin razılaşması əsasında qurulub. Körfəz ölkələrinin bunu tələb etməsi doğru deyil”.
Çavuşoğlu sözlərinə əlavə edib ki, həm hərbi baza məsələsi, həm də Qətərə tətbiq edilən sanksiyalarla bağlı Ərdoğanın körfəz ölkələrinə səfəri gözlənilir. Hazırda səfərin vaxtı razılaşdırılır.
Qeyd edək ki, iyun ayında Körfəz ölkələri terrorizmə dəstək verdiyi iddiası ilə Qətərlə əlaqələrini kəsib.( “Qafqazinfo”)










loading...


Fikrinizi bildirin