Göygöldə yeniyetmələr arasında kütləvi dava olub, xəsarət alan var

Göygöldə kütləvi dava olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mollacəlili kəndində qeydə alınıb. Bir neçə yeniyetmə arasında baş verən dava zamanı kənd sakini 2003-cü il təvəllüdlü Ələkbərov Ayxan Firuz oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar