“Qarabağ”ın oyunu canlı yayımlanacaq
Baxiş sayı:
Dərc olunub:
15/07/2017 - 23:06
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ” Gürcüstan çempionu "Samtredia”nın qonağı olacaq.
BakuPost.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
Azarkeşlər iyulun 18-də "Boris Payçadze” adına stadionunda keçiriləcək görüş "İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı izləyə biləcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ” ilk matçda Bakıda "Samtredia”nı 5:0 hesabı ilə məğlub edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.