Ankarada 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı yürüş başlanıb

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı paytaxt Ankarada qeyd edilir.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 00.13-də məscidlərdə oxunan duaların sədaları altında Kızılay meydanından Türkiyə Böyük Millət Məclisinə Milli Birlik Yürüşü başlanıb.

Qeyd edək ki, saat 01.00 radələrində yürüş iştirakçılarının parlamentin mərasim meydanına daxil olmasının, saat 02.00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə parlament önündə aksiyanın başlaması planlaşdırılıb. Saat 02.35-də Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, baş nazir Binəli Yıldırım, parlament sədri İsmayıl Qəhrəman və R. T. Ərdoğan çıxış edəcəklər. Saat 03.10 radələrində Türkiyənin 81 rayonundan gənclərin gətirdikləri bayraqlar Türkiyə prezidentinə və parlament sədrinə təqdim ediləcək. Saat 03.50 radələrində Millət məscidində sabah namazı qılınacaq. Daha sonra Prezident Sarayında 15 iyul şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin açılışı olacaq, tədbirdə R. T. Ərdoğan çıxış edəcək.

Türkiyə üzrə demokratiyanın qorunması ilə bağlı aksiyalar 16 iyul saat 00.00-da başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar