KADIROV DÜNYANI NÜVƏ RAKETLƏRİ İLƏ HƏDƏLƏDİ! - "Dünyanın altını-üstünə çevirib..."

kadirov

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Çeçenistanın başçısı Ramzan Kadırov «NVO» telekanalına verdiyi müsahibədə ABŞ-a yönəlik münasibətləri və nüvə müharibəsi təhlükəsi məsələlərini şərh edib.

«ABŞ Rusiyanın düşmənidirmi?» sualına cavab verərkən, Kadırov bəyan edib ki, Amerika «elə də güclü dövlət deyil», amma Rusiya güclüdür, nüvə gücüdür. Bu zaman o, qeyd edib ki, Çeçenistanın özündə «hücum və müdafiə edə biləcək yaxşı ordu var».

«Bizdə güclü dövlət var, biz nüvə gücüyük. Hətta əgər, bizim dövləti tamamilə dağıtsalar belə, raketlərimiz avtomatik olaraq işə düşəcəklər və biz, bütün dünyanın altını-üstünə çevirib, «dombaltma» qoyacağıq» - Kadırov bildirib.

Sonradan, Kadırov bu sitatı özünün «Teleqram» kanalında müəyyən şərhlərlə, dərc edib. «Bu, sadəcə, söz deyil - biz, belə də edəcəyik. Öz dövlətimiz üçün həyatımızı verməyə hazırıq» - deyə, çeçen lider yazıb.

Bununla yanaşı, Kadırov qeyd edib ki, ABŞ-ın yeritdiyi siyasət Rusiyanın və onun rəhbərliyinin əleyhinə yönəlib.

Elə həmin müsahibədə Kadırov, Çeçenistanda «gey»lərin təqib olunması barədə yayılan xəbərləri də şərh edib. O, həmin xəbərləri «boş sözlər» adlandırıb və respublikada olan «qeyri-ənənəvi oriyentasiyalı» şəxsləri, «qanlarını təmizləmək üçün», Kanadaya aparmağı təklif edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar