İran prezidentinin qardaşı həbs olundu

Ruhaninin qardaşı Firudin mühakimə olunduğu iddiada haqqında verilən pul cəzasını ödəmədiyi üçün həbs edilib.Məhkəmə Hakimiyyəti sözçüsü Qulamhüseyn Muhseni Ejei keçirdiyi həftəlik mətbuat konfransında, Firudinin sözügedən təminatı ödəmədiyi üçün həbs olunduğunu bildirib. O, Firudinin ancaq pulu ödədikdən sonra sərbəst buraxılacağını vurğulayıb.

Sözügedən pulun miqdarı barədə məlumatı olmadığını söyləyən Məhkəmə Hakimiyyəti sözçüsü məsələnin araşdırdığını bildirib.

Məlumatda qeyd edilir ki, İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayi də vəzifədə olduğu dövrdə maliyyə cinayətlərində təqsirli bilinərək 15 milyon 350 min dollar məbləğində pulu ödəmədiyi üçün həbs olunmuşdu.

***

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun həbs olunub.Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, o, maliyyə cinayətlərində ittiham olunur.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar