Rəsmi İraq İŞİD liderinin öldürülməsini təkzib edib

Dərc olunub: 16/07/2017 - 19:59

bagdadiİraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və anti-terror əməliyyatları xidmətinin rəhbəri Əbu Əli Bəsri bəyan edib ki, “İslam Dövləti” terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi əvvəlki kimi sağdır və Suriya ərazisində gizlənir.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Əbu Əli Bəsri Rusiya rəsmilərinin “əl-Bağdadi Rusiya qırıcılarının İŞİD-in “paytaxtı” Rakka şəhərinə endirdiyi zərbələr nəticəsində ölüb” açıqlamasını təkzib edib. Onun sözlərinə görə, İraq kəşfiyyatı “İslam Dövlətinin” bütün liderlərinin hərəkətlərini izləyir.


loading...




Fikrinizi bildirin