Fransa Qətərə qarşı sanksiyaları təcili ləğv etməyə çağırdı

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Fransa ərəb ölkələri tərəfindən Qətərə qarşı tətbiq edilmiş sanksiyaları təcili surətdə aradan götürməyə çağırış edib.

«Fransa, üzvləri müxtəlif ölkələrdə yaşayan və bölünmüş vəziyyətə düşmüş ailələrə təsir göstərən məhdudlaşdırıcı tədbirlərin mümkün qədər tez bir zamanda ləğv edilməsinə çağırır» - deyə, Fransanın xarici işlər naziri Jan-İv Le Drian bəyan edib («Röyter»).

İyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətləri kəsdiyini elan edib və Dohanı ərəb dövlətlərində daxili-siyasi vəziyyəti gərginləşdirməkdə və terrorçuluğu dəstəkləməkdə ittiham ediblər.

Bu ərəfədə, ABŞ Prezidenti Donald Tramp və Səudiyyə kralı Salman telefon danışığı zamanı Qətər probleminin həlli istiqamətində göstərilən cəhdləri müzakirə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar