ABŞ iqlim üzrə sazişə qayıda bilər - Tramp mümkün hesab edir…

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp onunla görüş zamanı ölkəsinin Paris iqlim sazişinə qayıtmaq imkanları barədə fikirləşəcəyini vəd edib.

«Tramp məni dinlədi. O, mənim fikirlərimin istiqamətini anladı. Xüsusilə, terrorçuluq və iqlim dəyişikliyi əlaqələri barədə. O, mənə dedi ki, yaxın aylarda hansısa qərarın tapılmasına cəhd göstərəcək. Biz, onun Paris sazişinə qayıtması üçün nə etmək lazım olduğunu detalları ilə birlikdə müzakirə etdik» - deyə, Makron «Journal du Dimanche» nəşrinə danışıb.

Makron əlavə edib ki, ABŞ Prezidentinin Parisə səfəri zamanı onlar bu məsələ üzrə Trampın fikrini dəyişə biləcək məqamları detalları ilə müzakirə ediblər.

Bundan başqa Fransa lideri əmindir ki, ABŞ Prezidenti ilə yaxın münasibətlər qurmaq ona müyəssər olub və bu, dövlətlərarası əlaqələrin inkişafına kömək etməlidir.

«Bəli, bizim ölkələrimiz dosturlar, uyğun olaraq, biz də dost olmalıyıq. Biz, Trampla yaxşı şəxsi tanışlıq əsasında münasibətlər qurmağa başlamışıq. Bu, bir sıra strateji məsələlər üzrə inam münasibətlərinin başlanğıcıdır, o cümlədən, fikir ayrılıqları barədə də…» - Makron qeyd edib.

ABŞ Prezidenti Donald Tramp ötən çərşənbə günü Fransaya iki günlük səfər edib. Cümə axşamı isə Trampla Makron arasında Yelisey sarayında danışıqlar keçib. Onların nəticələrinə görə, Fransa Prezidenti xəbər verib ki, iki dövlət bundan sonra da ekologiyanın müdafiəsi məsələsinin müzakirəsini davam etdirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar