AZƏRBAYCANDA ŞOK! - İcra Hakimiyyətinin işçiləri atəşə tutuldu (Yenilənib)

prokurorluq11"İyulun 14-də əvvəllər məhkum edilmiş Sumqayıt şəhər sakini, Novruzov Eldar Ağabala oğlu Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yolun genişlənməsi və abadlıq quruculuq işlərinin aparılmasına, həmçinin ümumi görünüşə xələl gətirən reklam lövhələrinin dəyişdirilməsinə etiraz əlaməti olaraq heç bir əsaslı səbəb olmadan, həmin vaxt küçədə olan şəxslərin gözləri qarşısında üstündə gəzdirdiyi “Makarov” markalı tapança ilə onlara tərəf 3 dəfə atəş açmışdır". Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir. Məlumatda daha sonra qeyd edilir:

"Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 228.2.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər aparılmışdır.

Cinayətin aləti olan “Makarov” tipli tapança Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən götürülmüşdür.

E.Novruzov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

E.Novruzovun əməlinin Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrindən həmin Məcəllənin 29.120.1 (qəsdən adam öldürməyə cəhd), 315.1 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) və 228.1-ci maddələrinə tövsif edilərək cinayət işi istintaq aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

***

Tapancadan atesh Abşeron rayonunda silahlı insident baş verib. “Report” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.

Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

"AzPolitika"nın xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Abşeron Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb. Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar