Mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür

Bu gün mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür. Modern.az-ın məlumatına görə, Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub.

1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutna daxil olub. 1985-87-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub. “Bakı Bulvarı” və “Monitor” jurnalının baş redaktoru olub.

2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman "Monitor" jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Elmar Hüseynovun qəbri ikinci Fəxri Xiyabandadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar