İsrail ABŞ və Rusiyaya qarşı! - Suriyada atəşkəs məsələsində

abs israil flagzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsrail Suriyanın cənubunda Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiyanın razılaşdırdığı atəşkəsə qarşı çıxıb.

Yerusəlimdə hesab edirlər ki, bu saziş qonşu dövlətin ərazisində İran və onun müttəfiqlərinin möhkəmlənməsinə maneə yaratmır. İsrailin «İkinci» telekkanalı yüksək çinli məmura istinadla xəbər verir ki, İsraildə, Tehranın Suriyada avia və dəniz bazaları yarada biləcəyindən ehtiyatlanırlar.

Hazırda İran rəsmi Dəməşqə hərbi köməklik göstərir.

Yerusəlimdə həm də ondan narazılıq ifadə olunur ki, atəşkəs barədə saziş müəllifləri İsraillə cəmi 20 kilometrlik sərhəd zonası boyunca İran qüvvələrinin yerləşə bilməyəcəyi şərti ilə kifayətləniblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar