Bakı metrosunda intihara cəhd - "Yaşaya bilmirəm..."

Bu gün saat 15:50 radələrində Bakı metrosunun "Ulduz" stansiyasında intihara cəhd hadisəsi baş verib. Bu barədə hadisə şahidlərinin "AzPolitika"ya verdikləri məlumata görə, təxminən, 30-35 yaşlarında olan kişi özünü qatarın qarşısına atıb. Lakin maşinist qatarı saxlamağa macal tapıb.

Bundan sonra intiharçı tunelin içərisinə doğru qaçıb. Polis əməkdaşları onu yaxalayaraq, sağ-salamat çıxara biliblər.

İntihara cəhd edən uca səslə bildirib ki, yaşaya bilmir, canından bezib. Onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.

Hadisə ilə bağlı rəsmi məlumat, hələ ki, verilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar