Seul Şimali Koreyaya danışıqlar aparmağı təklif edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, rəsmi Seul Koreya Xalq Demokratik Respublikasına (KXDR) hər iki tərəfin hərbçilərinin danışıqlar aparmasını təklif edib.

Əgər KXDR razılıq cavabı versə, görüş iki dövlət arasındakı hərbsizləşdirilmiş zonada keçiriləcək.

Söhbət Koreya yarımadasında gərginliyin azaldılmasından gedəcək. Danışıqlar iyulun 21-ə nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar