Qaraciyərin ən yaxın dostu ola limon – Limonlu suyun hansı faydaları var?

Xalq arasında “gündə bir limon yeyilən evə həkim gəlməz” deyə bir ifadə də mövcuddur. Soyuqdəymə, təzyiqin qalxması zamanı və bir çox yeməklərdə, şirniyyatlarda limonun istifadəsi hər kəsə məlumdur. Bu dəfə isə hər gün səhər-səhər bir stəkan limonlu su içməyin faydaları haqqında bilmədiklərimizi öyrənək.

Limon suyu həzm sistemini yaxşılaşdırır, ötən gündən qalan lazımsız qida qalıqlarının orqanizmdən xaric edilməsinə yardımçı olur. Bədəndəki mineralları balanslaşdırır.

Limon suyu görmə qabiliyyətini gücləndirir. Tərkibindəki “C” vitamini və antioksidantlar sayəsində gözləri “sarı nöqtə” – makula degenerasiyası və katarakta xəstəliyindən qoruyur.

Dərini yumşaldır. Dəri yumşaqlığı üçün gün ərzində çoxlu su içmənin vacibliyini hər kəs bilir. Limon isə dəridəki qara nöqtə və qırışların qarşısını alır. Limon qaraciyərin ən yaxın dostu sayılır. Toksinlərin orqanizmdən xaric edilməsində qaraciyərin işini asanlaşdırır və zərərli bakteriyaları məhv edir.

Limon orqanizm üçün gərəkli olan kaliumla çox zəngindir. Kalium insan orqanizmində ən çox yayılmış üçüncü mineraldır. İmmunitet sistemini gücləndirir. Hər gün limon suyu içənlərin içməyənlərə nisbətən soyuqdəymə və zökəmə tutulma riski dəfələrlə azdır. C vitamini ilə zəngin olan limon viruslara qarşı ən effektiv müdafiəçi rolunu oynayır.

Metabolizmanı sürətləndirir. Limon suyu təbii yollarla arıqlama vasitəsi kimi ekspertlər tərəfindən təklif olunur. Belə ki, limon aclıq hissini aparır və metabolizmanı sürətləndirir, bədənin pH səviyyəsini tənzimləyir. Hər səhər insanların günə enerji ilə başlamaq üçün qəhvə içmək istəklərini önləyir. Limon stresslə mübarizədə əvəzsiz vasitələrdən sayılır.

Lakin limon suyu hər kəs üçün müsbət təsir göstərməyə bilər. Diabet xəstələri, mədəsində qastrit, xora olan insanlar, aşağı təzyiq və qanazlığından əziyyət çəkənlər üçün əks təsirə səbəb olur. Limonun normadan çox istifadəsi diş əti qanamalarına, təzyiqin, qan şəkərinin sürətlə düşməsinə, diş minasının aşınmasına və nəticədə dişlərin isti-soyuq yeyəcək və içəcəklərə qarşı həssaslığına, böyrəklərdə idrar istehsalının artması ilə orqanizmdən su və natriumun tez-tez xaric olunmasına səbəb olur.

Strateq.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar