Biləsuvardan Cocuq Mərcanlıya 10 ailə köçürüldü

Dərc olunub: 17/07/2017 - 21:37

qacqin kocMəcburi köçkünlərin Cocuq Mərcanlı kəndinə köçürülməsi prosesi davam edir.

Modern.az xəbər verir ki, bu gün Biləsuvarda cəbrayıllı məcburi köçkünlər üçün salınan qəsəbədən Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə 10 məcburi köçkün ailəsi yola salınıb.

Məcburi köçkün qəsəbəsində məskunlaşmış daha 15 ailə yaxın günlərdə Cocuq Mərcanlıya köçürüləcək.

Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin Sərəncamı ilə 50 mənzil və 100 yerlik məktəb binası tikilib, müvafiq infrastruktur yaradılıb. Hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılıb.

Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.


loading...


Fikrinizi bildirin