Finlandiya Rusiyanın mümkün təcavüzünə hazırlıq görür!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Finlandiya qonşu Rusiyanın mümkün təcavüzünə hazırlıq işləri aparır.«The Wall Street Journal» nəşrinin yazdığına görə, respublika yeraltı kommunikasiyar sistemini fəal surətdə təkmilləşdirir. Helsinki şəhərinin altında tunel-bunkerlərin ümumi uzunluğu 200 kilometr təşkil edir.

Hazırda hərbi infrastruktur obyektlərinin əhəmiyyətli hissəsi mülki istifadədədir. Amma onları sığınacaq və komanda məntəqəsi kimi yenidən təşkil-təchiz etmək olar.

Finləri xüsusilə narahat edən amil gözlənilən Rusiya-Belorus strateji «Qərb-2017» təlimləridir. Təlimlər sentyabrın ortalarında keçirilməlidir. Litvada bu təlimləri Qərblə müharibəyə hazırlıq adlandırırlar.

Rusiya müdafiə nazirliyində isə qeyd ediblər ki, təlimlər planlı xarakter daşıyır və tədbirə beynəlxalq müşahidəçilər dəvət olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar