Daha bir xəstə həkim səhvinin qurbanı oldu – VİDEO

Dərc olunub: 17/07/2017 - 23:10

1500312671_jlojlo53 yaşlı Şölə Quliyeva uzun illər “varikoz ” kimi tanınan damar genişlənməsindən əziyyət çəkib və ötən ilin noyabr ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə ayağından əməliyyat olunub. İki ay xəstəxanada yatdıqdan sonra evə göndərilib.

BakuPost.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, əməliyyatdan sonra ayağının düzəlmədiyini görən qadın müayinə üçün digər özəl bir xəstəxanaya müraciət edib. Həmin xəstəxanadan isə əməliyyatın səhv edildiyi bildirilib.

Qeyd olunur ki, xəstəni Angioloji Mərkəzdə həkim Azər Şəmsəddinski əməliyyat edib.

Angioloji Mərkəzin şöbə müdiri Vəli Nəsibov əməliyyatın səhv olduğunu eşidəndə təəccüblənib və mərkəzin indiki baş həkimi ilə əlaqə saxlamağı məsləhət görüb.

Lakin telekanalın əməkdaşları xəstəxanaya gedəndə, onları içəri buraxmayıblar.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, rəsmi müraciət olunmalıdır və komissiya tərəfindən araşdırma aparılmalıdır.


loading...




Fikrinizi bildirin