"Rusiyadakı erməni lobbisinin maliyyə dayağına ciddi zərbə dəyib" - Oleq Kuznetsov

İyulun 17-də Rusiya kütləvi informasiya vasitələri ölkənin demək olar ki, bütün böyük banklarının-Sberbank, VTB, VTB 24, Alfa-bank, Qazprombank, "Otkrıtiye" FK və "Rosselxozbank"ın Rusiya Bankları Assosiasiyasından çıxmaları haqqında qəbul etdikləri qərar barədə məlumat yayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, erməni Qaragin Tosunyanın prezidenti olduğu Rusiya Bankları Assosiasiyasından (RBA) ölkənin nəhəng banklarının çıxması haqqında yayılan birgə press-relizdə bu qərarın səbəbinin Assosiasiya üzvlərinin RBA rəhbərliyində kadr dəyişiklikləri və onun prinsipləri ilə bağlı çoxsaylı təkliflərinin qulaqardına vurulması, assosiasiyanın tərkibində başqa maraqları olan qeyri-bank üzvlərinin olmasının RBA-nın bank birliyi kimi statusunu itirməsinə gətirib çıxardığı göstərilib: "Əksər hallarda qərarlar Assosiasiya prezidenti tərəfindən tək qəbul olunur və bu qərarlar populist xarakteri daşıyır. Assosiasiya ilə kredit təşkilatları arasında dinc və ölçülü dialoqun olmaması isə bu qurumun gələcək inkişafına maneə olur. Baş verənlərə görə məsuliyyəti öz fəaliyyətində hər zaman şəxsi maraqlarını güdən Assosiyasiyanın prezidenti daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq biz Assosiasiyadan çıxmaq barədə qərara qəbul etmişik", -deyə bankalrın birgə press-relizində qeyd olunub.

Bankların məlum qərarını tanınmış rusiyalı siyasi analitik Oleq Kuznetsov APA-nın Moskva müxbirinə şərh edib. O.Kuznetsovun fikrincə bankların bu qərarı ilə Rusiyadakı erməni lobbisinin maliyyə dayağına ciddi zərbə endirilib: "Bankların birgə bəyanatını bürokratik dildən ümumi istifadə olunan rus dilinə tərcümə etsək, Rusiyanın nəhəng banklarının bu ölkədəki erməni lobbisinin əsas dayaqlarından birinin, hansı ki, öz fəaliyyətini brendlərlə və məhz bu kredit təşkilatlarının reputasiyası ilə örtən təşkilatın özbaşınalığına dözməkdən yorulduğunu görərik. RBA-nın 456 üzvündən ancaq 282-si kredit təşkilatıdır. Qalanlarının isə bank xidmətləri bazarına heç bir aidiyyatı yoxdur. Onlar qeyri qanuni gəlirlərin, çirkli pulların yuyulması, nağd pulların qeyri-leqal dövriyyəsi ilə məşğuldurlar. Faktiki olaraq, Rusiya Banklar Assosiyasiyası uzun müddət erməni-qriqoriyan kilsəsi kimi yüz il əvvələ xas olan – öz etnosunun maliyyə vəsaitlərini toplayıb idarə edən funksiyasını icra edib.

Bir an belə şübhə etmirəm ki, yeddi nəhəng banın RBA-nın tərkibindən çıxmasından sonra bu strukturun ömrünə sayılı günlər qalır və nəticəsi "domino effekti" olacaq. Bütün bunlardan sonra Qaragin Tosunyan vəzifəsiz, təsir rıçaqsız, inzibati səlahiyyəti olmadan və pulsuz qalacaq. Ən başlıcası isə o, erməni oliqarxiya kapitalının Rusiyanın maliyyə sistemində maraqlarını təmsil etmək imkanlarından məhrum olacaq. Belə ki, Tosunyan Assosiasiyaya rəhbərlik etdiyi illər ərzində bu qurumu demək olar ki, Rusiya ərazisində hətta Ermənistan Mərkəzi Bankı daxil olmaqla erməni maliyyə oyunçularının şübhəli maliyyə əməliyyatlarının üstünü örtən rəsmi quruma çevirib. Artıq buna son qoyulacaq və hətta davamı olsa belə, bu, yarırəsmi dərəcədən tam olaraq kriminal müstəviyə keçəcək.

Diqqətəlayiqdir ki, Qareqin Torosyanın fəaliyyəti Rusiya hökuməti və yaxud güc strukturları yox, RBA prezidentinin hiylələrindən təngə gələn rusiyalı bankirləri hiddətə gətirib. Düzdür, istisna deyil ki, Rusiya bankları tərəfindən atılan addım Rusiya hökumətinin etnik kriminal kapitallara qarşı mübarizəsi ilə əlaqəlidir və yalnız erməni diasporu ilə kifayətlənməyəcək.

Lakin hər halda biz Rusiyada erməni lobbisinin maliyyəsinə ikinci güclü zərbənin vurulduğunun şahidi oluruq. İlk zərbə 2016-cı il, fevralın 6-da “Reqnum” bankının lisenziyasının geri çağırılması ilə vurulmuşdu. Rusiya sözdə deyil, əməldə erməni lobbisinin məngənəsindən təmizlənməyə başlayır”, deyə O.Kuznetsov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar