AVROPADA EHTİMAL OLUNAN QURU DÖYÜŞLƏRİ - ABŞ Rusiyaya necə məğlub ola bilər?

Tanklar

ABŞ-da tank istehsalı son onillikdə demək olar ki, ən aşağı səviyyəyə çatıb. Ohayo ştatının Lima şəhərindəki tank zavodu, ölkədəki yeganə tank zavodudur və burada ildə 12 ədəd “Abrams” tankı istehsal edilir.

Bu arada isə Rusiya özünün Avropa ordu qruplaşmasını yeni nəsil tanklarla təchiz etmək niyyətindədir.

Beləliklə, ABŞ quru qoşunlarında ağır texnika sahəsində əsl böhran başlayır, çünki onların diqqəti uzun illər ərzində qlobal terrorla müharibəyə yönəldiyi üçün Rusiyadan bu sahə üzrə geri qalıblar.

Konqres tank istehsalını artırmaq üçün maliyyə vəsaitinin artırılması ilə bağlı tədbirlər görür, lakin Tramp administrasiyasına Obamadan miras qalan modernləşdirmə planı üzrə zirehli tank briqadalarını müasir səviyyəyə çatdırmaqdan ötrü, təxminən, 25 il vaxt lazımdır. Əgər bu cür templə gedilərsə, onda ABŞ ordusunda modernləşdirlimiş tanklar peyda olana kimi, amerikanlar ruslara məğlub ola bilərlər. Həqiqətən də, Amerika və onun NATO üzrə müttəfiqlərinin, özlərinin köhnəlmiş tanklarını dəyişmək istəməmələri, sanki rəqibi təcavüz etməyə çağırmaq faktı kimi görünür.

Rusiya artıq öz regionunda zirehli texnika vasitələrində say üstünlüyünə yiyələnib. ABŞ-ın Almaniya, Fransa və İtaliya kimi müttəfiqlərinin ordularındakı ən müasir tankaların sayı 300 olduğu halda, bu göstərici Rusiyada 1000 ədəddir. Moskva, həmçinin qərb istiqamətinə tankların hücum edəcəyi təqdirində taktiki cəhətdən qəfil hərəkət üstünlüyünə malikdir.

Lakin indi Rusiya döyüş cərgəsinə ABŞ və onun müttəfiqləri kimi köhnəlmiş maşınları yox, daha müasir tankları qoşmağa başlayıb. Yeni “Armata” tankı kumlyativlik əleyhinə zireh, tank əleyhinə mərmiləri yaxalayaraq onları zərərsizləşdirən müdafiə kompleksi və bütün növ kəşfiyyatın aparılması üçün müvafiq radiolakasiya qurğusu ilə təchiz edilib. ABŞ quru qoşunları komandanlığı Rusiyanın Qərb tank orduları ilə paritet yaratdığını etiraf edir. Amma Rusiya döyüş cərgəsinə “Armata”nı qəbul etdikdən sonra irəliyə keçəcək.

Şərq və Qərb arasındakı gələcək müharibə zamanı döyüş imkanlarında yaranacaq bərabərsizlik üzündən ABŞ-ın məğlubiyyətə uğrayacağı haqqında səslənən bəyanatları heç də şişirtmə kimi qəbul etməyək.

Quru sahəsində ABŞ ordularının üstünlüyünün bərpası məqsədiylə yeni tankların yaradılması, çox təəssüf ki, gec başlanılmış proqramdır. Onun həyata keçirilməsi üçün xeyli zaman lazımdır. Belə şərtlər daxilində ABŞ “Abrams”ın son versiyasının təkmilləşdirilməsini sürətləndirməlidir. Sonra isə bu tankın imkanlarının genişləndirilməsinə aşlanılmalıldır.

“Abrams” tankının baş istehsalçısı “General Dynamics” şirkəti beş il müddətinə hər bir tankın təkmilləşdirilməsinə çəkilən xərcləri azaltmaq şərtiylə, ABŞ quru qoşunlarının ağır briqadasının bütün tanklarının modernləşdirilməsi planını təklif edib. Bu isə prezident Trampın istəklərinə cavab verir.

Yəni, əgər konkretləşədirsək, həmin plan hər ay 22 tankın istehsal olunması deməkdir. Bu isə Obamanın hər ay nəzərdə tutduğu beş tank istehsal edilməsi planından 4 dəfə daha üstündür. Çünki istehsal zamanı sayın artırılması hər bir tankın istehsal xərclərini minimum olaraq,15 faiz azaldır. Şirkət bildirir ki, çoxillik müqavilənin imzalanmasından sonrakı il yarımda sürətli istehsal prosesinə başlaya bilər.

Bu iş prosesində, əsasən İndiana, Miçiqan, Ohayo, Viskonsin kimi Orta Qərb ştatlarında və həmçinin də, Florida və Pensilvaniyada istehsal sferasında minlərlə yeni iş yerləri yaranacaq. Amerikanın zirehli texnika istehsalı zənciri üçün lazım olan texniki məmulatlar məhz buralarda cəmləşib. Lakin indiki halda başlıca məqsəd iş yerlərinin yaradılması yox, Amerikan hərbçilərinin Avropada və digər yerlərdə təcavüzkarın qarşısını alacaq və ya onu məhv edə biləcək ağır zirehli texnika ilə təmin olunmasıdır.

“Abrams” tankının uzunmüddətli müqavilə çərçivəsində yeni modifikasiyasının istehsal gücüylə hər il üç tank briqadasını təchiz etmək mümkün olacaq. Bu isə Obama planından fərqli olaraq, ABŞ quru qoşunlarına, özünün bütün ağır briqada parkını 20 il daha sürətlə təzələmək imkanı verir.

Bütün bunların hamısı, əvvəlki administrasiyanın Avropa üzərindən asılmış təhlükəni necə dəyərləndirə bilməməsindən xəbər verir. Bir neçə il öncə Pentaqon rəhbərliyinin ölkədəki sonuncu tank zavodunu bağlamaq istəyi mənzərəni kifayət qədər aydın ifadə edir.

Moskvanın Ukraynaya soxulması siyasətçiləri silkələyib. O vaxtdan sonra Rusiyanın niyyətləri tam aydın oldu. Ancaq qəbul edilmiş qanuna görə, ABŞ öz müdafiə xərclərini hər il azaldırdı və ona görə də, quru qoşunları ordunun şəxsi heyətinə məvacib vermək və döyüş hazırlığına pul ayırmaqla kifayətlənmək məcburiyyətində qalırdı. Texnikanın modernləşdirilməsi üçün, sadəcə olaraq maliyyə vəsaiti çatmırdı. Bu səbəbdən də, tank qoşunları öz texnikalarının təməl ehtiyaclarını yerinə yetirmək üçün az pay alıb, çətinliklə keçiniblər.

Modernləşdirmə üçün orduya böyük pullar lazımdır. Moskva öz müharibə teatrında kütləvi üstünlüyə malik olduğu bir halda, Amerikan əsgərlərini döyüş texnikasının ən yeni nümunələri ilə təchiz etməmək hədsiz yanlış addımdır və bunun axırı xöşəgəlməz ola bilər.

Yaxşı xəbər Obama administrasiyasının tanklara xərcləyəcəyi puldan bir qədər artıq vəsaitlə “General Dynamics” planıın həyata keçirilməsidir. Bu məqsədlər üçün Konqres və Ağ Evin pul toplaması elə də mürəkkəb bir iş sayılmır. Çünki bunun gələcək müharibədəki qələbə ilə məğlubiyyət arasındakı fərq kimi böyük əhəmiyyəti olacaq.

Sadəcə olaraq, siyasətçilərin Amerikanın Avropadakı yerüstü müharibədə məğlubiyyətinin hansı mənaya gələcəyi barəsində düşünmələri lazımdır. Bax, həm maddi və həm də ki, mənəvi baxımdan həqiqətən baha başa gələcək məsələ bu olacaq.

(The National İnterest - ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar