Masallıda avtomobil yol polisini vuraraq qaçıb

Masallıda avtomobil yol polisini vuraraq qaçıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı şəhəri ərazisində qeydə alınıb. İnsident Dövlət Yol Patrul Xidməti (DYPX) əməkdaşlarının sərxoş sürücülərə qarşı reyd keçirdiyi zaman baş verib. YPX baş serjantı Eynal Qoşqarov xidməti vəzifəsini yerinə yetirərkən onu avtomaşın vurub. Dərhal yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi onun saxlanılması istiqamətində tədbirlər görür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar