İŞİD-in lider itkisi onu da tarixin qəbiristanlığında göməcəkmi? – TƏHLİL

Dərc olunub: 18/07/2017 - 23:26

bagdadiMurat Yeşiltaş

“Anadolu News Agency”

 

Rusiya Müdafiə Nazirliyi iyunun 16-da İŞİD lideri Əbubəkr əl-Bağdadinin hava hücumu nəticəsində may ayında Raqqada öldürüldüyünü iddia etdi. İyunun 23-də Koalisiyanın sözçüsü polkovnik Rayan Dillon, ABŞ-ın belə bir məlumata sahib olmadığını dilə gətirdi. Bundan bir həftə sonra isə rus millət vəkili Aleksey Puşkov, Bağdadinin öldürüldüyünə dair Rusiyanın əldə etdiyi məlumatın yüzdə-yüz doğru olduğunu bildirdi.

Son olaraq iyulun 11-də “Sputnik” də, İraq mərkəzli “Əl-Sumariyə”yə istinadla, Bağdadinin öldüyünü təsdiqlədi, hətta onun yerinə keçəcək şəxsin adını açıqladı. London mərkəzli Suriya İnsan Haqları Mərkəzi də Deyr əz-Zurdakı qaynaqlarına söykənən xəbərində Bağdadinin həqiqətən də öldüyünü iddia etdi.

Amma iraqlı səlahiyyətlilər Bağdadinin öldüyünü təsdiq, nə də təkzib edirlər.

Bağdadinin ölümü əvvəllər də dəfələrlə gündəmə gəlmiş, ancaq təsdiqlənməmişdi. İddiaların gerçəyi əks etdirdiyi ilk dəfə bu qədər israrla vurğulanır. Buna görə də Mosulun itirildiyi, Raqqanın itirilməyə doğru getdiyi bir dövrdə, lidersizliyin İŞİD üzərində nə cür strateji və taktiki təsirlər meydana gətirə biləcəyi, həm qərarvericilər, həm də analitiklər üçün üzərində düşünülməsi lazım olan bir vəziyyət olaraq ortaya çıxdı.

Liderlər və terrorla mübarizə

Bağdadinin itkisinin İŞİD üçün ciddi bir zərbə olmayacağı və təşkilatla mübarizənin dinamikasına təsir etməyəcəyi önə sürülə bilər. Digər tərəfdən, İŞİD-in mənfi proseslərlə üzləşməsi labüd olacaq.

Təşkilat yeni liderini təyin etmək üçün zaman itirəcəyindən, terror hərəkətlərində ehtimalla, azalma yaşanacaq. İntizamın aşınması və mənəvi böhran ucbatından bəzi xadimlərin İŞİD-i tərk etməsi tendensiya ortaya çıxa bilər. Ancaq İŞİD-in sahib olduğu təşkilati quruluş bu mənfiliklərin yaxın zamanlarda dəf edə biləcək qədər güclüdür.

İŞİD-in bu günə qədər itirdiyi yüksək məqamlı idarəçiləri arasında, xarici əməliyyatlara və təbliğata cavabdeh olan, o dövrdə təşkilatın strateji beyni olaraq xarakterizə edilən Əbu Məhəmməd əl-Adnani, təşkilatda hərbi nazir vəzifəsini yerinə yetirən çeçen Ömər əl-Şişani də var. Onların yanında Bağdadinin İraqdakı köməkçisi Əbu Müslim əl-Türkməni, Suriyadakı köməkçisi Əbu Əli əl-Anbar, neft qaynaqlarına cavabdeh Sami Casim Məhəmməd əl-Bazar, Əfqanıstan əmiri Hafiz Səid Xan və dövründə təşkilatın iki nömrəli şəxsi olan Əbdurrahman Mustafa əl-Kaduli kimi əhəmiyyətli fiqurlar də “təmizlənənlər”dən sayıla bilər.

 

Nöqtəvi hücumlara müqavimət və uyğunlaşma

 

Keçmişində lider itkinlərini bir şəkildə kompensasiya etmə təcrübəsi ilə bərabər, İŞİD-in təşkilati təbiətindən qaynaqlanan iki faktor Əbubəkr əl-Bağdadidən sonrakı dövrü müəyyənləşdirir.

Birincisi, İŞİD, hər nə qədər nadan qiyamətçi qurum kimi meydana gəlsə də, Bağdadinin kultu ətrafında təşkil və səfərbər olmayıb. Əksinə, İŞİD-in “cihadçı döyüş ənənəsi” Soyuq müharibə dövrünün marksist partizan hərəkatlarından belə dərslər alıb və institusional bir təşkilatdır.

On illərdir fərqli coğrafiyalarda eyni məqsədlə döyüşmüş və bu an İŞİD tərəfində olan veteran “mübarizlər”in bir adama qeyd-şərtsiz bağlılığı müzakirə mövzusu deyil. Bundan əlavə, İŞİD xadimləri özlərini harizmatik lider uğrunda deyil, dini mövzularda təbliğ olunan “ilahi məqsədlər” üçün fəda edirlər.

Təşkilat öldürülən döyüşçülərini şəhid kimi dəyərləndirir, ölümü və fədailiyi müqəddəsləşdirir. Xatırlansa, Adnaninin ölümü zamanı deyilən “Siz həyatı sevirsiniz, biz daha çox sevirik” ifadəsi bu zehin dünyasının açıq ifadəsidir. Buna görə də liderin ölümü təşkilati həll yaratmaqdansa, İŞİD tərəfindən onu əfsanələşdiriləcək bir hadisə kimi qeyd olunacaq.

İkincisi, İŞİD heç zaman çox qatı iyerarxik nizama sahib olmayıb. Liderin sahədəki savaşçılarla birbaşa təmasından çox ikisi arasında müxtəlif mərhələlərdə əmirlər və ya komandirlər var. Xüsusilə əməliyyatlarda ölçülərinə görə özəl döyüş birlikləri yaradılır və bu, İŞİD-in ənənəvi praktikasıdır.

Bu birliklər sahib olduqları muxtariyyət sayəsində taktiki dəyişikliklər etmə qabiliyyətinə malikdir. Koalisiyanın müdaxiləsindən əvvəl İŞİD-in ildırım sürətli hərbi zəfərləri arxasında duran ən əhəmiyyətli səbəblərdən biri məhz bu qatı iyerarxiyanın yoxluğunu təmin edən taktikadır.

Eyni zamanda, qərar almadakı bu muxtariyyət və elastiklik, İŞİD-in əlindəki məhdud döyüş vasitələrini mühəndislik bacarıqlarıyla inkişaf və tətbiq etmək kimi, yenilikçi terrorizmə də zəmin hazırladı. Buna görə də qatı iyerarxiyanın və liderə bağlılığın əsas olduğu təşkilatlardakı tək lider dəyişiminin sürətli olacağını İŞİD-in nümunəsində gözləməyə dəyməz.

Bağdadinin ölümü İŞİD üçün əməliyyat liderlərinin itkisindən dahi mənasızdır. Çünki Bağdadi İŞİD üçün dini əhəmiyyət daşıyan ali simvolik bir dəyər ikən, məsələn, Adnani təşkilatın döyüş maşınının çarxlarının dönməsində təməl beyinlərdən biri idi.

Adnaninin 2016-cı ilin sentyabrında Amerikan hava hücumunda öldürülməsindən sonra, İŞİD-in Adnaninin hazırladığı düşünülən Paris, Brüssel və ya Atatürk hava limanında terror hücumları həyata keçirilib. Buna görə də istənilən səviyyədə lider itkisi İŞİD-ə təsir etmir. Bağdadidən sonra da təşkilat yeni şərtlərə uyğunlaşacaq.

 

Tərcümə: Strateq.az










loading...


Fikrinizi bildirin