Misirə 1,25 milyardlıq yardım edildi

Misir höküməti Beynəlxalq Valyuta Fondundan 1,25 milyard dollarlıq kredit götürüb.

Axar.az xəbər verir ki, bununla da Misir Mərkəzi Bankında valyuta rezervində ciddi artımın təmin edildiyi bildirilib.

Misir hökuməti yeni iqtisadi proqramın dəstəklənməsi məqsədi ilə 3 il ərzində 12 milyard dollar kreditlə təmin edilməsi barədə ötən il Beynəlxalq Valyuta Fondu ilə müqavilə bağlayıb. Kreditin ilkin hissəsi 2,75 milyard dollar 2016-cı ilin noyabrında Misirə ödənilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar