Gəncədə kişi arvadı tərəfindən bıçaqlanıb

Dərc olunub: 18/07/2017 - 23:58

bicaqGəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1961-ci il təvəllüdlü Ağayev Bayram Yədulla oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, B. Ağayev yaşadığı evdə ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.










loading...


Fikrinizi bildirin