DAHA BİR MƏMUR OĞLU CİNAYƏT TÖRƏTDİ - Bakıda dəhşətli qəza (FOTOLAR)

Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Piyadanın üstündən keçən “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin Türkiyə vətəndaşına yox, Azərbaycan vətəndaşına məxsus olduğu bəlli olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəzanın Bakı sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədildiyi üzə çıxıb.

Bildirilir ki, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub. Zərbədən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn və 24 yaşlı Əhədin sürdüyü “Porsche” onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

“Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

Qeyd edək ki, ilkin məlumatlarda ölümlə nəticələnən qəzaya səbəb olan sürücünün Türkiyə vətəndaşı olduğu bildirilirdi. /Lent.az

* * *

Bakının aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Mercedes" markalı sərnişin mikroavtobusu sol güzgüsü ilə yolu keçmək istəyən təqribən 40-45 yaşlı kişiyə toxunaraq keçib. Arxadan gələn "Porsche" markalı avtomobil isə zərbənin gücündən yerə yıxılan piyadanın üzərindən keçib. Kişi ərazidə dünyasını dəyişib.

Hadisə şahidi olan "Jeep" markalı avtomobilin sürücü maşını yol kənarında saxlayaraq insident barədə "təcili yardım" və polisə xəbər vermək istəyərkən arxadan gələn "Toyota" onun avtomobilinə çırpılıb.

Hazırda əraziyə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücülər saxlanılıb. Araşdırma aparılır. /"Report”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar