“Real”ın hücumçusu rekord məbləğə “Çelsi”yə keçib

“Real”ın hücumçusu Alvaro Morata “Çelsi”yə keçib. Apasport.az xəbər verir ki, bu barədə hər iki klub rəsmi məlumat yayıb.

İspaniya mətbuatında çıxan xəbərlərdə 24 yaşlı oyunçunun London klubuna 80 milyon avroya başa gəldiyi yazılıb.

Yaxın günlərdə Morata “Real”ın Los-Ancelesdəki düşərgəsini tərk edib “zadəganlar”a qoşulacaq.

Qeyd edək ki, 80 milyon avro bir ispaniyalı futbolçuya ödənmiş ən yüksək məbləğdi. Bundan öncəki rekord isə 2011-ci ildə “Çelsi”dən “Liverpul”a 58 milyona keçən Fernando Torresə məxsus idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar