İnterpol Bakıda holdinq rəhbəri olmuş şəxsi axtarır - FOTO

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən vaxtilə Azərbaycanda holdinq rəhbəri olmuş şəxs barədə axtarış elan edilib. Bu "AzKor" Holdinqin direktoru işləmiş  Axundzadə Şahin İzzət oğludur. 31.05.1966-cı il təvəllüdlü Axundzadə Şahin İzzət oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 313, 308-ci maddələri ilə axtarış elan edilib. Bu barədə "AzPolitika.info"ya vəkil Camal Bağırzadə məlumat verib.

Buna səbəb isə Axundzadə Şahin İzzət oğlunun 2007-2009-cu illərdə Bakıda holdinq direktoru işlədiyi zaman öz vəzifəsindən sui-istifadə etməsi, bir çox insanın daşınmaz əmlaklarını “Dəmir Banka” girov qoyaraq,  külli miqdarda kredit götürməsi olduğu bildirilir: "Belə ki,  Şahin Axundzadə Bakıxanov 6 qəsəbəsində yaşayan Əliyeva Sevinc İsmayıl qızının etibarından sui- istifadə edərək onu aldadıb. Onu mühüm bir vəzifə ilə təmin edəcəyi və Bakının mərkəzində başqa ev alacağını vəd edib. Bunun müqabilində isə   4 mərtəbəli evi banka girov qoyaraq, bankdan  götürdüyü pulu ona verməsini istəyib.  Ona inanan Sevinc Əliyeva da  öz evini girov qoyaraq bankdan aldığı 520.000 ABŞ dollarını Şahin Axundzadəyə verib. Ancaq əvəzində nə  vəzifəyə təyin olunub, nə də ev alıb".

Şahin Axundzadənın digər şəxsləri, hətta öz qohumlarını da bu metodla aldatdığı iddia edilir. Bundan əlavə onun Novruzov İlham Süleymanşah oğlundan Bakı şəhərində ona iri torpaq sahəsi və bir çox binalarda icarə yerləri vermək adı ilə nağd olaraq 4 miyon 250.000 ABŞ dolları aldığı bildirilir. Ancaq pul aldıqdan sonra vədləri həyata keçirməyərək, pulları da götürüb xaricə qaçıb.

Vəkilin sözlərinə görə, Şahin Axundzadə bu əməllıərinə görə polis tərəfindən uzun müddət axtarılıb: "Nəhayət 2011-ci ildə o yaxalanıb. Lakin bəzi zərərçəkmişlərin pullarını qaytardığı, digərlərini də qaytaracağını vəd etdiyi üçün üçün buraxılıb.  Ancaq bundan sonra da o eyni əməlləri davam etdirib.

Ona görə də Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsi tərəfindən Əliyeva Sevinc İsmayıl qızının şikayəti əsasında, həmçinin işlədiyi holdinqin möhür və blanklarından sui- istifadə etdiyinə görə onun barəsində 09 iyun 2016-cı il 160066084 saylı cinayət işi başlanmışdır.  Hazırda onun barəsində beynəlxalq axtarış elan edilmişdir. Bundan əlavə ona qarşı  məhkəmələrdə çoxlu sayda mülki iddialar var və qətnamələr çıxarılıb".

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar