RUSİYANIN YENİ SUPER SİLAHI - Böyük aviadaşıyanlar və atom esminesləri

Çox ehtimal ki, Rusiya yaxın illərdə daha böyük döyüş gəmiləri tikəcək. Onu da xüsusi ilə vurğulamaq lazımdır ki, korvetlər və böyük su basımlı freqatlar artıq inşa prosesindədir.

Lakin çətin ki, Moskva su basımı 14 min ton olan “Lider” sinfindən və ya su basımı 100 min ton olan “Ştorm” aviadaşıyanı kimi yeni massiv gəmilərin tikintisinə böyük pullar xərcləsin. Bunun əvəzinə Rusiya ölçülərinə görə böyüdülmüş və mövcud hərbi gəmi layihələrinin yeni versiyasına üstünlük verəcək.

“Hərbi-dəniz analizi mərkəzi”nin elmi əməkdaşı Maykl Kofman özünün şəxsi bloqunda qeyd edir: ”Rusiyanın korvetləri və freqatları öz ölçülərinə görə böyük olacaq və bu elə inşa ediləcək ki, onun gövdəsində iri silah arsenalı və silah sistemləri yerləşdirilə bilsin. Buradakı ümumi istiqamət - daha ağır korvet və freqatların yaradılması, mövcud layihələrin modifikasiyası və həmçinin də, bəzi daha ağır versiyaların hazırlanmasıdır”.

Əslində isə “Lider” sinifindən olan gəmilər, çətin ki, nə vaxtsa tikilsin. Çox güman ki, Moskva xərcinə görə daha böyük və daha səmərəli sayılan və əsası “22350 Admiral Qorşkov” freqatına dayanan gəmilərə sahib olmaq istəyir. Yeni “Super-Qorşkov” layihəsindən olan gəmilərin yəqin ki, su basımı 8 min ton olacaq ki, bu da öz ölçülərinə görə normal esminesə uyğun gəlir.

Kofman məsələ ilə əlaqədar yazır: “Ukraynadan gətirilən gaz trubinlərinin yoxluğu “Qorşkov” sinfindən olan iki freqatın tikintisini dayandırıb və bu layihənin üzərində işlənilməsi üçün yeni şərait yaradaraq, onu “Super-Qorşkov” səviyyəsinə qədər çatdırdı. ”Qorşkov” layihəsinin dəyişməsi Rusiya Hərbi Dəniz Donaması (HDD) üçün yeni gəmilərin alınması ilə bağlı plan ilə əlaqədardır. “Super Qorşkov” sinfindən olan gəmilərin yaradılması daha real görünür və bəkə də həmin gəmilərin su basımı 7-8 min ton olacaq”.

Su basımı 8 min ton olan “Super Qorşkov” sinfindən olan yeni gəmilər, özünün bu tip digər analoqlarından böyük olacaq. Məslən, İtaliyanın “FREMM” sinfindən olan freqatları (su basımı 6,7min ton), İspaniyanın “F100 Alvaro de Bazan” tipli freqatı (su basımı 6,4 min ton) ilə müqayisədə “Super Qoşkov”-lar esmines kateqoriyasına uyğun gələcək.

Həqiqətən də, Rusiyanın yeni gəmiləri, imkanlar nöqteyi-nəzərindən olmasa da, ölçü baxımından Avstraliyanın “Hobart” sinifli freqatları (7 min ton su basımlı) və ya Britaniyanın “Type” sinfindən olan esminesləri (8,5 min ton) ilə müqayisə ediləcək. Bu“Qorşkov” sinfindən olan gəmilərin hazırlanması ilə bağlı layihənin imkanlarını genişləndirir. Və onda belə bir sual meydana gəlir: doğrudanmı Rusiyaya yeni esmineslər lazımdır?

Kofman öz bloqunda qeyd edir: ”Hal-hazırda reallaşacaq 2018-2025 dövlət silahlanma proqramı “Lider” sinfindən olan heç bir esminesin yaradılmasını nəzərdə tutmur, lakin bu proqram çərçivəsində “Super Qorşkov” sinfindən olan bir neçə gəminin tikintisinə vəsait var. Əgər bu gəmilər hava hücumundan müdafiə sistemləri ilə təchiz olunarsa, onda onların imkanları əhəmiyyətli dərəcədə artar”.

Digər analitiklər, ö cümlədən də Ketrin Devis adına “Rusiya və Avrasiya araşdırma mərkəzi”-dən Dmitri Qorenburq da həmçinin “Lider” sinfindən olan esmineslərin ümumiyyətlə inşa edilməyəcəyini bildirirlər.

“Lider” sinfindən olan esmines, atom güc qurğusu olan və su basımı 14 min tonluq nəhəngdir. 2019-cu ildə onun tikintisinə başlanılması planlaşdırılmışdı.

Qorenburq qeyd edir: “Mən Lider sinfindən esmineslərin bu onillikdə tikintisinə başlanacağına şübhə ilə yanaşıram. Ola bilər ki, onlar heç zaman inşa edilməsin. Çünki onların yüksək maliyyətini nəzərə almaq lazımdır”.

Layihə üzrə işlərin 2000-ci illərin ortasından başlamasına baxmayaraq, Rusiyanın su basımı 2 min ton olan əlavə sayda gəmilərə ehtiyacının olması barəsində mübahisələr davam edir. Bu isə gəmilərə ehtiyacın çox olmamasından xəbər verir. Amma hər halda Rusiya tərsanələri nə isə tikməlidirlər. Ona görə də, ehtimal ki, tərsanələrin işləməsi üçün Rusiya daha çox korvetlər inşa edəcək.

Ümumiyyətlə, Rusiya Hərbi Dəniz Donanması tədrici templə modernləşəcək və genişlənəcək. Moskvanın “Lider” kimi fantastik layihələr üzərində işə başlayacağı inandırıcı görünmür. Müasir Rusiya Sovet ittifaqı deyil və onun soyuq müharibədəki kimi mövcud olan resursları sadəcə yoxdur. Ona görə də, Rusiya Hərbi Dəniz Donanmasının modernləşməsi Sovet İttifaqındakından fərqli olaraq, daha yavaş tepmlə aparılır.

(The National İnterest - ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar