Cənubi Koreyanın KXDR ilə danışıqlara cəhdi uğursuzluqla nəticələnib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Seul Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə danışıqlara cəhdin uğursuzluqla nəticələndiyini bəyan edib.

Cənubi Koreyanın müdafiə nazirliyi hərbi məsələlər üzrə təmasların bərpa olunması barədəki təklifinə KXDR tərəfdən heç bir cavab ala bilməyib.

«İndiyə qədər Şimal tərəfdən cavab olmayıb» - deyə, «Renxan» agentliyi hərbi idarənin bəyanatından sitat gətirir.

Qeyd olunur ki, müdafiə nazirliyi iyulun 21-də danışıqların keçirilməsini təklif edib və bu tarix ərəfəsində cəhdin uğuruzluqla nəticələndiyini bildirir. Əgər hətta günün sonuna qədər KXDR razılıq vrsə belə, ayın 21-də danışıqların keçirilməsi fiziki baxımdan mümkün deyil. Çünki hazırlaşmağa və nümayəndələrin siyahılarının mübadiləsinə vaxt qalmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar