Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərar verib.

Belə ki, Afiq Abdulrəzaq oğlu Abbasov 33 saylı Xətai birinci, Fərmayıl İbrahim oğlu Şərifov 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.

Akif Yəhya oğlu Hüseynov isə 68 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar