“iPhone 8”in təqdimatı təxirə salınıb

“Apple” şirkəti istifadəçilərin səbirsizliklə gözlədiyi yeni “iPhone 8” smartfon modelinin təqdimatını oktyabradək təxirə salıb.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, buna səbəb kimi smartfonun hazırlanmasında proqram təminatının simsiz enerjidoldurmaya uyğun gəlməməsi ilə əlaqədar yaranan nasazlıqlar göstərilir. Şirkətin bir aylıq təxirə salma müddətinin modernləşdirmə və nasazlıqların aradan qaldırılması işlərinə sərf edəcəyi ehtimal olunur.

Bildirilir ki, bundan əvvəl yeni qurğunun avqustda ənənəvi təqdimatda nümayiş olunacağı planlaşdırılsa da, “iPhone 8” əvəzinə, “iPhone SE” modelinin nümayişi gözlənilir.

Ekspertlərin “iPhone 8” smartfonunun ümumiyyətlə buraxılmayacağını proqnozlaşdırmalarına baxmayaraq “iPhone SE” modelinin dünyada, xüsusilə Hindistan bazarında populyarlıq qazanacağına böyük ümidlər bəslənilir.

“iPhone SE” smartfonunda edilən dəyişikliklər arasında yaddaş tutumunun artırılması, eləcə də qiymətinin ucuzlaşdırılması qeyd olunur. Qurğunun əvvəlki qiyməti 489 avro nəzərdə tutulsa da, hazırda 399 avroya endirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar