Qüdsdə iğtişaşlar nəticəsində 3 fələstinli ölüb

Bu gün Qüdsdə Məbəd dağındakı yeni təhlükəsizlik tədbirlərinə etiraz edənlərlə polis arasında baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb. Bu barədə Fələstinin rəsmi “VAFA” agentliyi məlumat verib.

Məlumata görə, toqquşmalar nəticəsində 200-dən çox fələstinli xəsarət alıb.

İsrail polisinin məlumatına görə, iğtişaşlar zamanı 4 asayiş keşikçisi yaralanıb, 9 aksiyaçı saxlanılıb.

Kütləvi iğtişaşlara Əl-Əqsə məscidi yaxınlığında metal detektorlarının quraşdırılması olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar