Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

Ağdaşda Tuqay meşəsi zonasında atıcılıq imkanları dəyişdirilmiş qanunsuz silah aşkar edilib.

"Report"un Şirvan bürosu xəbər verir ki, mexanizmi dəyişdirilmiş tüfəng barədə polisə çoban məlumat verib.

Hadisə Ağdaş Meşələrin Mühafizəsi və Bərpası İdarəsinin əməkdaşları Tuqay meşəsində qanunsuz təsərrüfatların sökülməsi prosesini həyata keçirdikləri zaman qeydə alınıb.

Əldə edilən məlumata görə, silahın tapılmasından xəbər tutan çoban onun yad əllərə düşə biləcəyindən narahat olaraq dərhal polisə məlumat verib. Tapıntı yerinə gələn Polis əməkdaşları atıcı silahı təhvil alaraq rayon şöbəsinə aparıblar.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar