"İŞİD lideri Əl-Bağdadi sağdır" - Pentaqon rəhbəri

Pentaqon rəhbəri Ceyms Mettis bildirib ki, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi çox güman sağdır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Düşünürəm ki, o sağdır, onu öldürdüyümüzü bildiyim zaman başqa cür düşünəcəyəm. Amma, hələlik biz onu axtarırıq. Güman edirəm ki, o sağdır", - deyə C.Mettis bildirib.

Rusiyanın Müdafiə Nazirliyi iyunun 16-da Əl-Bağdadinin çox güman ki, öldürüldüyünü bəyan edib. Lakin idarədən bildirilib ki, bu məlumatlar müxtəlif kanallar vasitəsilə hələ yoxlanılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar