VARLILARIN CİNAYƏTLƏRİ GİZLƏDİLİR?! - Faiq Seyidovun oğlunun yeni istintaqı olacaqmı?

Dərc olunub: 22/07/2017 - 11:22

0858985a70a1d5135b1563366cba5ca5DİN-in mətbuat xidməti: “Hazırda iş üzrə istintaq gedir…”

General, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi ölkə ictimaiyyətindən gizlədilən bir sıra cinayətləri üzə çıxarıb.
Məlum olub ki, generalın oğlu Rüstəm Orucov “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun nəzarətində olan marşrut xətlərindən birində sürücü olan Sənan Səmədovu vurub xəstəxanalıq edəndən əvvəl də avtomobillə ölümlə nəticələnən qəza törədib. Həmin qəzadan sonra təhsil aldığı Polis Akademiyasının 3-cü kursundan qovulub, 2 il həbsdə olub və şərti cəza üzərində saxlanılmaqla azad olunub. R.Orucovun avtobus sürücüsü ilə höcətləşməsi və onu döyməsi özünün keçmişdə törətdiyi hadisə ilə bərabər “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun da ölümlə nəticələnən avtoqəza törətdiyini üzə çıxarıb.
X.Seyidov 2015-ci ildə sərəncamında olan Az 10 LU 090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobili ilə Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib. O, avtomobilini yüksək sürətlə idarə etdiyindən qarşısına çıxan piyadanı vurub. Piyada isə aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. İş adamının oğlunun bahalı maşınla vurduğu şəxs Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabiti Eldar Məmmədov olub. Həmin vaxt bu hadisəni ictimaiyyətdən gizlədiblər. Elə bu faktın gizlədilməsi iş adamının oğlunu məsuliyyətdən kənar da saxlanılmasını, həbs edilməməsini təmin edib.

faiq_xaliqoglu
Məlumdur ki, prezident İlham Əliyev bahalı maşınlarla avtoşluq edən, ictimaiyyətə saymazyana münasibət göstərənlərə qarşı mövqeyi sərtdir. Prezident dəfələrlə məmurlara xəbərdarlıq edərək onları övladlarını düzgün tərbiyə etməyə çağırıb. Prezident hətta bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq da edib. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib.
“Kim onlara bu statusu verib cəmiyyətdə? Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”, – deyə dövlət başçısı vurğulayıb.
F.Seyidov məmur olmasa da, böyük maliyyə imkanlarına sahib iş adamıdır. Onun oğlunun istintaqdan kənar saxlanılması, baş zabit E.Məmmədovun ölümü ilə nəticələnən yol qəzasının “cinayət tərkibi olmadığından” xitam olunması suallar yaradıb. Xitam qərarının verilməsinin əsasları bu gün də geniş ictimaiyyətdən gizlədilir.

dinMəsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, X.Seyidovun törətdiyi ölümlə nəticələnən qəzadan dolayı başlanan cinayət işinin hansı səbəbdən xitam olunduğu haqda məlumat vermək səlahiyyətləri yoxdur. DİN-in mətbuat xidmətindən isə sorğumuza cavab veriləcəyini qeyd etdilər.
Yada salaq ki, general Novruzəli Orucovun oğlu Rüstəm Orucov da vaxtilə ölümlə nəticələnən avtoqəza törədib. F.Seyidovun oğlu Xaliq Seyidovun eyni tərkibli əməlini cinayət kimi qiymətləndirməyən istintaqçılar Rüstəm Orucovun əməlində cinayət tərkibi tapıblar, onu həbs edib məhkəmə qarşısında dayanmasını təmin ediblər. Niyə belə olub? Ortada ölümlə nəticələnən 2 avtoqəza var – qəzaların nəticəsi də eynidir. Bəs niyə generalın oğlunu tutub, iş adamının oğlunu sərbəst buraxıblar? Səbəb nə olub? Suallar açıqdır.

Bundan başqa, Faiq Seyidovla sahibkar Azadxan Xanməmmədovun arasında yaranan mülki mübahisəyə görə sonuncu həbs olunub. A.Xanməmmədovun yaxınları bildiriblər ki, həbsindən əvvəl barəsində mətbuatda düzgün olmayan, həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Ona görə də dövlət orqanlarında, media qurumlarında bu məsələ ilə əlaqədar səhv təsəvvür yaranıb.
Yaxınları iddia edirlər ki, A.Xanməmmədov “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri F.Seyidov tərəfindən şərlənərək əsassız yerə həbs edilib. Hazırda A.Xanməmmədovun xüsusi mülkiyyətində olan 2100 kvadrat metr sahə Faiq Seyidovun sərəncamında qalıb. Belə ki, A.Xanməmmədovun mülkiyyətində olan əmlakdan F.Seyidov 5 ildən çoxdur ki, qanunsuz olaraq istifadə edir və bunun müqabilində icarə haqqının ödənilməsindən belə boyun qaçırır. Ondan şikayət edən A.Xanməmmədovun ailəsini hədələyir, müxtəlif yollarla təzyiq göstərir. A.Xanməmmədov F.Seyidov tərəfindən zəbt edilmiş əmlakının boşaldılması barədə məhkəməyə və özünə müraciət edib. Bundan sonra isə şərlənərək həbs olunub.
DİN-in mətbuat xidmətindən “Yeni Müsavat”ın əməkdaşının sorğusuna cavab olaraq bildiriblər ki, hazırda iş üzrə istintaq gedir.

AZADQeyd edək ki, Azad Xanməmmədov 2 min kvadrat metr sahəsi olan obyektləri “Safa Holdinq”in sahibi, Bakıda çoxsaylı marşrutları, obyektləri olan Faiq Seyidova icarəyə verib. Amma icarə haqqını ala bilməyib. Buna görə də Azad Xanməmmədov məhkəməyə üz tutub. Faiq Seyidov Azad Xanməmmədovun məhkəməyə müraciətindən xəbər tutduqdan sonra həmin əmlakın yerləşdiyi binada təxribat törədəcəyini və Xanməmmədovun ailəsini hədələyərək hamısını zindanlarda çürüdəcəyini bildirib.

A.Xanməmmədov isə əmlakın onun adına olmasından, həmin əmlakın yararsız hala salınacağından, binada təxribat törədiləcəyindən və nəticədə sadə insanların zərər çəkə biləcəyindən ehtiyat edərək obyektləri qorumaq məqsədilə qanunauyğun şəkildə “Riyad” Mühafizə Xidməti ilə müqavilə bağlayıb. Mühafizə xidməti ərazinin mühafizəsini həyata keçirməyə başlayan zaman Faiq Seyidov və onun tərəfdarları tərəfindən əvvəlcədən planlaşdırılmış təxribat xarakterli hərəkətlərə yol verilərək məqsədli şəkildə münaqişə yaradılıb və nəticədə onlar hadisədə heç bir iştirakı olmayan Azad Xanməmmədovun həbsinə nail olublar(musavat.com).


loading...




Fikrinizi bildirin