Universitetlərdə təhsil haqqı artırıldı - QİYMƏTLƏR

Bu ildən bəzi dövlət və özəl universitetlərdə təhsil haqqı artırılıb.

Modern.az-ın məlumatına görə, bu, “Abituriyent” jurnalının yeni sayında qeyd edilib.

Keçən il ödənişi 3800 manat olan BDU-nun Hüquq fakültəsinin təhsil haqqı 4300 manata qədər qalxıb.

Xəzər Universitetində təhsil haqları 4500-5000 manat, Azərbaycan Universitetində 3000 manat müəyyən olunub ki, bu da keçən illə müqayisədə ciddi artım hesab olunur.

Amma Qərb, Kooperasiya, Odlar Yurdu universitetində təhsil haqları aşağı düşüb. Bu da onunla əlaqədardır ki, keçən il bu universitetlər plan yerlərini doldura bilməmişdilər.

I qrupun bahalı universitetləri:

“ADA” Universiteti - 6500 AZN

Xəzər Universiteti - 4000-5000 AZN

Azərbaycan Universiteti – 2500 AZN

Digər universitetlərdə ödəniş 1000-2300 AZN arası dəyişir.

II qrupun bahalı universitetləri:

“ADA” Universiteti - 6500 AZN

BDU - 1300-2500 AZN

Dövlət İdarəçilik Akademiyası - 2500 AZN

İqtisad Universiteti - 1900-2500 AZN

Bakı Mühəndislik Universiteti - 2000-2500 AZN

Dillər Universiteti - 1000-2500 AZN

Milli Aviasiya Akademiyası - 1600-2500 AZN

Gömrük Akademiyası - 3000 AZN

Memarlıq və İnşaat Universiteti - 2300 AZN

Xəzər Universiteti - 4500-5000 AZN

Qərb Universiteti - 2000-2200 AZN

Azərbaycan Universiteti - 2500-3000 AZN

Bakı Biznes Universiteti - 2000-2500 AZN

Kooperasiya Universiteti - 1700-2500 AZN

Digər universitetlərdə qiymət 1000-2000 manat arasında dəyişir.

III qrupun bahalı universitetləri:

“ADA” Universiteti - 6000 AZN

BDU - 1500-4300 AZN

Dillər Universiteti - 1000-2500 AZN

Dövlət İdarəçilik Akademiyası - 2500 AZN

Gömrük Akademiyası - 3000 AZN

Turizm və Menecment Universiteti 2000-2500 AZN

Rəssamlıq Akademiyası - 1800-2500 AZN

Xəzər Universiteti - 4000-5000 AZN

Azərbaycan Universiteti - 2500 AZN

Qərb Universiteti - 2400 AZN

Bakı Biznes Universiteti - 2500 AZN

Kouperasiya Universiteti - 2000-2200 AZN

Əmək və Sosial Münasibətlər Akademiyası – 2200 AZN

Digər Universitetlərdə qiymət 1000-2000 manat arasında dəyişir.

IV qrupun bahalı universitetləri:

Tibb Universiteti - 2000-3000 AZN

Bədən Tərbiyəsi və İdman Akademiyası - 2200 AZN

Xəzər Universiteti - 4000 AZN

Digər universitetlərdə qiymət 1000 - 2000 azn arasında dəyişir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar