«EYNULLA HARDADIR?»

Məlum olduğu kimi, Bakıda, Bibiheybətdə Prezident İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün tikilən binadan ev alanlar sırasında, başda Eynulla Fətullayev olmaqla, “Haqqın.az” saytının 3 əməkdaşı da var. Onlardan birinin – Əliyev Yusif Lətif oğlunun hətta E.Fətullayevin sürücüsü olduğu da bildirilir.

“AzPolitika”ya daxil olan məlumata görə, iyulun 20-də jurnalistlər üçün 3-cü binanın təməlqoyma mərasimi və artıq istifadəyə hazır olan binanın açılışı mərasimində E.Fətullayevlə bağlı maraqlı bir hadisə yaşanıb.

Şahidlərin bildirdiyinə görə, Parlamentin qarşısına toplanmaqla başlayan tədbirə, dəvətli olmasına baxmayaraq, E.Fətullayevin qatılmaması təşkilatçılar arasında əməlli-başlı narahatlıq yaradıb. Belə ki, Prezident Administrasiyasının təşkilatçılıqla məşğul olan əməkdaşları tez-tez “Eynulla hanı?” deyə, onu soraqlayırmışlar. Lakin E.Fətullayev sonadək zəhmət çəkib tədbirə təşrif buyurmayıb.

Ev bölgüsü üçün keçirilən püşkatmada onu kimin əvəzlədiyi də məlum deyil.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar