Zəhərlənənlərdən biri məşhur aparıcının oğludur

Bu gün Bakı Biznes və Kooperasiya kollecində baş verən yanğın nəticəsində yaxınlıqda yerləşən Kooperasiya Universitetində 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənib.

Musavat.com xəbər verir ki, zəhərlənən abituryentlərdən biri tanınmış aparıcı Tahirə Məmmədqızının oğludur. Bu haqda aparıcı sayta açıqlamasında deyib: “Oğlumu digər zəhərlənənlərlə birlikdə 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə apardıq. Hazırda evdəyik. Vəziyyəti qənaətbəxşdir. Xəstəxanaya çatdırılanda durumu çox pis idi. Bir saat bizdən hər şeyi gizlətdilər. Çox qorxdum. Allahıma şükür edirəm ki, hər şey yaxşı qurtardı”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar