İsmayıllıda “Belarus” markalı traktor yanıb

İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qəzli kəndində bələdiyyəyə məxsus ərazidə baş verib. Nəticədə 300 m2 sahədə biçilmiş taxıl sahəsi, vətəndaşa məxsus “Belarus” markalı traktorun arxa təkərləri, traktora qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış 1.2 ton ot bağlaması yanıb. Traktorun qalan hissəsi və əkin sahələri yanğından mühafizə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar