Türkiyə və Ermənistan qoşunları NATO-nun birgə təlimlərində

Dünən Gürcüstanın müdafiə naziri Levan İzoriya “Noble Partner 2017” (“Alicənab tərəfdaş”) irimiqyaslı hərbi təlimlərin başlandığını bildirmişdi. Virtualaz.org “Agenda.ge” nəşrinə istinadla xəbər verir ki, bu təlimlərin maraqlı tərəfi onlarda Türkiyə və Ermənistan silahlı qüvvələrinin iştirakıdır.

Ümumilikdə, hərbi təlimlərdə NATO üzvü olan beş ölkə və üç müttəfiq ölkə iştirak edir. Müdafiə və hücum biliklərinin təkmilləşdirilməsinə diqqətin yönəldildiyi təlimlərin şəxsi heyəti 2800 əsgərdən çoxdur. Gürcüstana ABŞ, Böyük Britaniya, Almaniya, Sloveniya, Türkiyə, Ukrayna, Ermənistan və Gürcüstan hərbi qulluqçuları toplaşıblar.

NATO-nun 2015-ci ildə təsis edilmiş “Noble Partner” proqramı yeddi ölkənin ərazisində Qara dəniz regionunda NATO-nun Avropa komandanlığının təlimlərinin bir hissəsidir. “Noble Partner 2017” hərbi təlimləri iyulun 20-dən avqustun 13-nə qədər Vaziani poliqonunda keçirilir. İlk dəfə olaraq təlimlərdə Almaniya istehsalı olan “Boxer” zirehli transportyorlar iştirak edir. NATO-nun təlimlərində müasir “Abrams” Amerika tankları, “Bradley” və “Striker” piyadanın zirehli maşınları, həmçinin ABŞ-ın S-130 hərbi təyyarələri iştirak edir.

Ötən il Vaziani poliqonunda keçirilmiş təlimlərə ABŞ-dan 650, Gürcüstandan 500, Britaniyadan 150, cəmi 1300 hərbçi qoşulmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar