"Rusiya Vaşinqton üçün çox ciddi təhlükədir" - Pentaqon

Rusiya böyük hərbi potensiala malik olaraq, Vaşinqton üçün çox ciddi təhlükə yaradır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.

“Bizim vəzifəmiz nüvə ölkəsi olan Rusiya ilə münasibətlərin gərginləşməsinə yol verməməkdir, lakin bu kontekstdə unutmamalıyıq ki, bu ölkə çox ciddi bir təhlükədir”, - deyə o qeyd edib.

Bununla belə Danford Şimali Koreyanı təcili tədbirlərin görülməsini tələb edən təhlükə adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar