Azərbaycanın qadın boksçuları beynəlxalq turnirdə 3 medal qazanıb

boks qadinDağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.

"Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar