Əfqanıstanda 21 yaraqlı məhv edilib

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində "Taliban" radikal hərəkatının nümayəndələri ilə təhlükəsizlik qüvvələri arasında baş verən iki toqquşma nəticəsində ən azı 21 yaraqlı öldürülüb, daha 20-si yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sinxua" agentliyinə yerli polisin mətbuat katibi Ziya Durani məlumat verib.

O bildirib ki, yaraqlılar şənbə günü axşam Neş rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

"Polis əməkdaşları taliblərlə döyüşə giriblər. Atışma nəticəsində 15 yaraqlını zərərsizləşdirmək mümkün olub, daha 20-si yaralanıb. Toqquşmalarda 4 polis ölüb, 6-sı yaralanıb", - deyə o qeyd edib.

Polis nümayəndəsi əlavə edib ki, əfqan xüsusi təyinatlı qüvvələri qonşu Mayvand rayonunda əməliyyat aparıblar. Nəticədə 6 yaraqlı, o cümldən Mayvand Xan kimi tanınan yerli "Talib" liderlərindən biri öldürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar