Rusiya «Siemens» konserni ilə əlaqələri kəsməyə hazırlaşır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın aviasiya sənayesi Almaniyanın «Siemens» konserni ilə əlaqələri kəsmək barədə düşünür.

Rusiya Birləşmiş aviainşaat korporasiyası nümayəndəsinin sözlərinə görə, bu halda onlar digər şirkətlərlə işləməyə keçə bilərlər.

Korporasiyada izah ediblər ki, onlar «Siemens»lə proqram təminatı sahəsində əməkdaşlıq edirlər. Almaniya konserni bu ərəfədə xəbərdarlıq edib ki, sanksiyalara rəğmən Krıma turbin göndərilməsindən sonra, şirkət artıq bağlanmış kontraktlar üzrə energetik avadanlıqların göndərilməsini müvəqqəti dayandırıcaq.

Eyni zamanda, şirkətdə qeyd ediblər ki, hələlik Rusiya bazarından getməyə hazırlaşmırlar, ancaq ölkədə işləmək qaydalarını sərtləşdimək niyyətindədirlər.

Energetika sahəsində Qərb şirkətləri ilə əməkdaşlıq elektrik stansiyalarının işini təmin etmək üçün sadəcə, qaçılmazdır.

Bu barədə «RusEnergy» konsaltinq şirkətinin həmkarı Mixail Krutixin danışıb. O, əlavə edib ki, belə əməkdaşlığı yalnız Çin şirkətləri ilə əvəzləmək olar, amma işin keyfiyyəti bundan güclü zərər çəkəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar