BAKIDA YAŞAYIŞ BİNASINDA YANĞIN - Video (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Paytaxtın Yasamal rayonunda altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 m2 olan çardağının yanar konstruksiyaları və vətəndaşa məxsus sahəsi 36 m2 olan 1 otaq yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

* * *

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov "Report"a açıqlamasında bildirib ki, yanğının naqillərdə yaranmış qısaqapanmadan baş verdiyi ehtimal edilir: "FHN əməkdaşlarının verdiyi məlumata görə, 240 kvadratemetr dam örtüyü yanıb. Havanın küləkli olması yanğını gücləndirib. Yanğın heç bir mənzilə keçməyib. Hazırda araşdırmalar davam etdirilir".

"Report"un hadisə yerində olan müxbiri xəbər verir ki, Yasamal rayonunun İnşaatçılar prospekti ərazisindəki binada baş vermiş yanğın söndürülüb.

* * *

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda istntaq qrupu yaradılıb, araşdırma aparılır: "Günahkar bəlli olandan sonra qərar qəbul ediləcək. Sakinlərə müvafiq köməklik göstəriləcək. Yanğın tam söndürüləndən sonra sakinlər qaz və işıqla təmin olunacaq".

* * *

Yanğın binanın dam örtüyündən başlayıb. Sakinlər təxliyə edilib.

Hazırda yanğının mənzillərə keçdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının söndürülməsinə çalışırlar.

* * *

Bakıda yaşayış binasında yanğın başlayıb.

Hadisə Yasamal rayonu İnşaatçılar prospekti 44 ünvanında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür. /"APA"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar