17 YAŞLI GƏNC DƏNİZDƏ BATIB, FHN HƏRƏKƏTSİZDİR - Şikayət

İyulun 23-də axşam saat 20:00 radələrində Buzovna çimərliyində bədbəxt hadisə baş verib. Çimərkən batmaq təhlükəsilə üzləşən İsmayılov Yavər Nağı oğlu FHN-in xilasediciləri tərəfindən xilas olunsa da, onun bibisi oğlu, 11-ci sinif şagirdi İsmayılov İdris Rasim oğlu dənizdə batıb.

İ.İsmayılovun cəsədi bu saatadək tapılmayıb. Yaxınlarının "AzPolitika"ya verdikləri məlumata görə, rəsmi və qeyri-rəsmi çoxsaylı müraciətlərinə baxmayaraq, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları İ.İsmayılovun cəsədinin axtarışlarına başlamayıblar. Hələ də hadisə yerinə nə dalğıclar cəlb olunub, nə də axtarış üçün digər vasitələr işə salınıb.

"Sanki, burda batan heç adam deyil. Bizə deyirlər ki, dalğıcların işə başlaması, əraziyə vertolyotun cəlb olunması üçün nazir müavininin rəsmi göstərişi olmalıdır. Az qala 1 sutka keçir, bəs bu göstəriş nə vaxt olacaq?" - İ.İsmayılovun yaxınlarından biri bildirib.

Məsələ ilə bağlı FHN-in mövqeyini öyrənməyə çalışırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar